"Şükür mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram".
Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Vüsal Murtuzəliyev özünün "Facebook" hesabında yazıb.
"Telefonu bu gün veriblər mənə. O qədər mesaj, zəng gəlib. Narahat olan, dua edən, maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm var olun. Bütün paylaşımlara, mesajlara cavab verə bilmirəm. Həkimin tövsiyəsi ilə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam. Dostlar, kiminsə zənginə, mesajına cavab verməsəm, inciməsin, sadəcə bir müddət rahatlıq, sakitlik içində olmalıyam, sonra yenə həyat, iş öz axarında davam edəcək. Necə deyərlər benden kurtulmak kolay diyil. Özünüzü qoruyun", - deyə qeyd olunub.
Qeyd edək ki, İyunun 19-u saat aktyorun beyninə qan sızaraq xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.