Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Xaçmazda ağır qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes-Benz” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:37
Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların kimliyi bilinib.
“Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi zamanı Üzeyir Telman oğlu Novruzov hadisə yerində ölüb.
Quba rayonu 1-ci Nügədi kənd sakinləri Cavid Murad oğlu Qonaqbəyov və Balakişi Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
16:36
Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan iki nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
- Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı
- FHN-in Tibb Xidmətinin rəisi istefa verdi