Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratov dəfn edilib
Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna aparılıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib, o, Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib
Rəylər