Xaçmaz rayonunun Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus, ümumi sahəsi 20 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.Muradxanovun yanmış meyiti aşkar olunub.
Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az