Xaçmaz rayonunun Pirquluoba kəndində yerləşən “Türk şəhidliyi” məzarlığında arxeoloji araşdırmalar aparılacaq.
Mədəniyyət Nazirliyindən Bizim.media-ya bildirilib ki, həmin araşdırmaların aparılması və ərazinin qorunması ilə bağlı müvafiq məktuba aidiyyəti üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.
Dövlət Xidməti tərəfindən ərazinin tarixi və arxeoloji əhəmiyyətinin müəyyən olunması üçün tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna rəsmi müraciət göndərilib.
Qeyd edək ki, həmin məzarlığın baxımsız vəziyyətdə olması ilə bağlı da fikirlər səslənirdi.
Rəylər