Mayın 10-da Xankəndi şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Oxu.Az xəbər verir ki, festivalda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, digər rəhbər şəxslər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
8000-ə yaxın iştirakçı ilə Zəfər Meydanında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.














Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində festival başa çatıb.
Oxu.Az "Report"a istinadən bildirir ki, festival çərçivəsində konsert proqramı təşkil olunub, Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında müxtəlif konsert nümunələri təqdim edilib.
Tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
Festival iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil olunmasından, şəhərdə yaradılan müasir mühitin və aparılan bərpa-quruculuq işlərinin regionun inkişafına mühüm töhfə verməsindən danışıblar.
Qeyd edək ki, konsertin sonu atəşfəşanlıqla bitib.
Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci hissəsi başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhər sakinləri və qonaqlar arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 festivalı baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb, və iştirakçılara uğurlar arzulayıb.
Tədbir çərçivəsində ictimai proqram interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Xankəndi şəhərinin müasir memarlıq üslubu, tarixi, Qarabağda olan tarixi abidələr, barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.