Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində "Açıq qapı" günü təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 18-i saat 11:00-da baş tutacaq tədbirdə xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri, eləcə də kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, universitetin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.
Əlavə məlumat almaq istəyənlər iş günləri saat 09:00-dan 17:30-dək universitetin Çağrı Mərkəzinə (*0811) və ya admission@mmu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Tədbirdə iştirak etmək istəyənlərin keçid vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmələri tələb olunur.