“Xaricdən Azərbaycana gələn şəxslər arasında koronavirusa yoluxanların sayı 20 faizdən çoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, bu həftə 662 vətəndaşımız xaricdən gətirilib:
“Hətta bir reyslə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib”.
İlhamə Əbülfət