Bir neçə gün əvvəl Astana şəhərində "Nə? Harada? Nə zaman?" oyunu üzrə dünya çempionatında 2017-ci ilin nəticələrinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, “İlin adamı” kateqoriyasında laureat “Gənclərin İntellektual İnkişaf Mərkəzi”nin sədri, “Xəmsə” Milli İntellektual Oyununun yaradıcısı, məşhur Bakı komandasının kapitanı, çoxsaylı beynəlxalq turnirlərin qalibi Faiq Hüseynov olub.
Xatırladaq ki, “Gənclərin İntellektual İnkişaf Mərkəzi”nin ənənəvi olaraq təşkil etdiyi “Xəzər Kuboku” 2013-cü ildə “İlin turniri” mükafatının qalibi olmuşdu.