Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xərçəngdən xilas - Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı
Massaçusetsdən (ABŞ) olan tədqiqatçılar qrupu onkologiya sahəsində böyük irəliləyiş əldə ediblər. Onlar böyrək xərçənginə qarşı hətta xəstəliyin III və IV mərhələlərində 100% effektivlik göstərən unikal peyvənd hazırlayıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Dana Farber" Xərçəng İnstitutunun saytında xəbər verilib.
Bildirilir ki, klinik sınaqlarda iştirak edən bütün xəstələr tam sağalıb və artıq 34 aydır ki, onlarda residiv müşahidə olunmur.
Alimlərin sözlərinə görə, yeni peyvəndin effektivliyinin sirri fərdi yanaşmadadır. Preparat hər bir xəstənin şişi əsasında hazırlanır. Peyvənd vurulduqdan sonra orqanizmin güclü immun cavabını işə salır - xərçənglə mübarizə aparan "T-hüceyrələri"nin sayı 166 dəfə artır. Beləliklə, immunitet özü xərçəng hüceyrələrini məhv edir.
Qeyd edək ki, böyrək xərçəngi ən aqressiv və müalicəsi çətin olan onkoloji xəstəliklərdən biridir.
Hazırda preparat geniş beynəlxalq sınaqlardan keçir. Əgər onun effektivliyi təsdiqlənərsə, peyvənd kütləvi istehsala buraxılacaq və bu, onkologiya ilə bağlı vəziyyəti əbədi dəyişəcək.
"Xərçəng xəstəliyi" teqi üzrə xəbərlər
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? - Miflər və reallıqlar
- Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?
- Qəhvənin günün hansı vaxtında xərçəngin qarşısını aldığı öyrənilib
- Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu
Rəylər