Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Yaşıl" təhsil Qarabağ Universitetində necə tətbiq edilir?
"COP-BAKU" layihəsində bu dəfə Qarabağ Universitetində "yaşıl enerji" xəritəsi çərçivəsində təşkil olunan təhsil sistemindən bəhs olunub.
Bildirilib ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində tələbələrin yeni biliklər əldə etməsi üçün burada elmi-texniki baza yaradılıb.
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev qeyd edib ki, hazırda bu fakültədə tələbələr beş ixtisas üzrə təhsil alırlar:
"Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alan tələbələr gələcəkdə bölgənin energetika sisteminin qurulmasında və idarə edilməsində, o cümlədən "yaşıl enerji" resurslarının təşkilində, istifadəsində mühüm rol oynayacaqlar. Biz bölgədəki energetika sistemini quran şirkətlərlə əlaqələr yaradırıq və tələbələrimizin həmin şirkətlərə ekskursiyalarını təşkil edəcəyik".
H.Mirzəyev əlavə edib ki, universitetdə mühəndislik ixtisasının tədrisinin müasir standartlara uyğun olaraq qurulmasını təmin etməyə çalışırlar: "Tədris proqramımızın strukturunu dünyanın aparıcı universitetlərindəki mütəxəssislərlə paylaşaraq onların da rəylərini almaq fikrimiz var".
Ətraflı Baku TV-nin videomaterialında:

"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Müğənni Ayaz Qasımova vəzifə verildi
- Qarabağ Universitetinin Klinikası yaradılır
- Qarabağ Universitetinin klinikası və tibb fakültəsi nə zamandan fəaliyyətə başlayacaq?
- Azərbaycanda iki universitetə 27 milyon manat ayrılıb