Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Gülnar Abdulova məlumat verib.
O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:
"İl yarımdır ki, Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Türkiyədə Ege Universitetinin xəstəxanasında müalicə alırıq. Bir ay əvvəl donor köçürüldü, ilik nəqli oldu. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Balamı itirmək istəmirəm. Onu itirməyə dözə bilmərəm. Xalqımdan xahiş edirəm, bizə əl uzatsınlar. İndi biz Xəyal üçün lazım olan dərmanları almalıyıq, amma buna gücümüz çatmır. Bizə bu dərmanları ala bilməyimiz üçün 1500 manat lazımdır. Yalvarıram, balamı ölməyə qoymayın".
Əlaqə nömrəsi: (051) 704-41-64.
"Kapital Bank": 4169 7388 6831 6781.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib
- Səkkizaylıq İsanın atası: "Xalqıma yalvarıram, balamı xilas edin"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- Qaynar su ilə dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var