Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Övladını torpağa tapşıran şəhidin anası Rəfiqə Bayramova 31 ildir oğlunun yolunu gözlədiyini bildirib:
"Oğlum 1994-cü ildə şəhid olub, amma mən bilməmişəm. 2004-cü ilə kimi itkin hesab olunub. Elə həmin ildə oğluma şəhid statusu verildi. İllərdir ki, övladımın yolunu gözləyirdim. 18 yaşı var idi, subay idi. Şükürlər olsun, oğlum tapılıb. Hər kəsə minnətdarlığımı bildirirəm, 31 ildən sonra oğlumu tapıb gətirdilər".
Şəhidin nəşinin qalıqları Yevlaxın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ətraflı süjetdə:

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədov Yevlaxda dəfn olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
- Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
- Şəhid bacısı: "Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik"