Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yeni nazir təyin olunan Anar Əliyevin atası DANIŞDI
"Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.
O bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.
"Anar Sahil Babayev nazir olandan sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu, heç də asan deyil, amma oğluma inamım böyükdür".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- Prezident: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir"
- Prezident: "Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər"
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar