Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yol polisindən meteohəssas sürücülərə MÜRACİƏT
"Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən, bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir. Maqnit qasırğaları xüsusilə meteohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin meteohəssas sürücülərə müraciətində qeyd olunub.
Müraciətdə deyilir ki, son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya maneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib:
"Meteohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
- Baş ağrısı və yorğunluq - Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.
- Diqqət dağınıqlığı və yuxululuq - Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.
- Əsəbilik və emosional qeyri-sabitlik - Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.
- Qan təzyiqində dəyişikliklər - Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.
Tövsiyələr:
- Vacib deyilsə, sükan arxasına keçməyin.
- Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.
- Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.
- Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur".
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi