Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yollarda təhlükəsizlik tədbirləri gücləndirildi
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndirilib.
DYP-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan xəbərdə bildirilir ki, artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub.
Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: “Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrəbanın avtomobili də müşayiət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar”.
Vəziyyəti nəzərə alan yol polisi tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirlərini gücləndirib. DYP sürücülərin nəzərinə çatdırır ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın yaranmaması, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda, təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər.
Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə, parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. “Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır”.
Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına da başlanılıb.
E.Ə.
www.oxu.az
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
- Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR
- Yasamalda iki avtomobil TOQQUŞDU: Maşınlar yararsız hala düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI