İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müdafiə naziri görüşün əhəmiyyətini qeyd edərək, Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən xarici hərbi prioritetlərimiz barədə geniş məruzə ilə çıxış edib.
Sonra xidməti fəaliyyətlər nəzərdən keçirilib, qarşıda duran məqsəd və vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.