Zaqatala rayonu ərazisində bir nəfərin ölməsi, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış iki nəfər (bir kişi, bir qadın) yanvarın 13-də, saat 13:50-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır olan pasiyentin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 14:30-da bioloji ölüm faktı qeydə alınıb.
Digər şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova