Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında ABŞ-nin "Newsweek" dərgisində dərc olunan və dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairələrinə bölünəcəyini əks etdirən xəritə ətrafında müzakirə aparılıb.
Dünya ABŞ, Çin və Rusiya arasında bölünür? Bu ölkələr arasında yeni nüfuz döyüşü başlayıb? Üçqütblü dünya ssenarisi nə dərəcədə realdır? "Newsweek" xəritəsi Asiyada böyük qarşıdurmanın anonsudur?
Deputatlar Rizvan Nəbiyev və Tural Gəncəliyev, politoloqlar Sahil İsgəndərov və Aytən Qurbanova ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.