İçəri şəhər hər zaman özündə tarixin sirlərini saxlayan, sonu görünməyən labirintə bənzər daşlı dalanlarının cazibəsindən xüsusi mənəvi zövq alan yaradıcı insanların ilham mənbəyi olub.
Lakin Köhnə şəhəri təsvir etməyə çalışan hər bir rəssam öz fərdi yanaşmasını sərgilədiyindən iki eyni rəsmlə qarşılaşmaq mümkün deyil.
“Zərif” restoranı bu yaxınlarda “İçərişəhir” Dövlət Tarixi-Memarlıq Qoruğunun və Əli Şəmsi təsviri incəsənət studiyasının dəstəyi ilə “İçəri şəhər etüdləri” müsabiqəsini elan edib.
Müsabiqədə iştirak etmək arzusunda olan hər kəs, İçəri şəhərin yağlı boya, akvarel və akril ilə işlədikləri əsərlərinin fotoşəkillərini təşkilatçıların elektron ünvanına göndərə bilirdilər. Müraciətlərin qəbul vaxtı bitdikdən sonra göndərilmiş foto-şəkillərin ən maraqlı olanları seçilərək “Zərif” restoranında təşkil olunmuş sərgidə iştirak etmək üçün təqdim edilib.
Restoran administrasiyasının sözlərinə görə nəzərə alsaq ki, bu cür tədbirlər təşkil olunarkən adətən, tədbirin keçirildiyi məkanda tədbir üçün müəyyən miqdarda vəsait tələb olunur ki, bu vəsaitin bir hissəsini iştirakçıların özləri ödəməli olurlar. Lakin “Zərif” restoranı sözügedən sərgini sırf gənc və perspektivli rəssamlara dəstək, onların işlərini nümayiş etdirmək və ictimailəşdirmək məqsədilə tamamilə ödənişsiz təşkil edir.
Bundan əlavə, qaliblər üçün pul mükafatları və hədiyyələr də nəzərdə tutulub ki, gənc istedadlar gələcəkdə yaradıcılıqlarını inkişaf etdirmək üçün müəyyən ləvazimatların, boya, kətan, molbert və digər rəssama lazımlı materialların alınması üçün istifadə etsinlər.
Beləliklə ilk üç yeri qazanmış qaliblər: Elçin, Oksana və Zöhrab – müvafiq olaraq 1500, 1000 və 1500 manat qazanıblar.
Qeyd edək ki, “Zərif” restoranı, paytaxtımızın sakinlərinə və qonaqlarına Azərbaycan mətbəxinin ləziz yeməklərini ən geniş çeşiddə təqdim edə bilən nadir restoranlardan biridir.
Burada öz işini mükəmməl bilən və sevgi ilə yanaşan aşpazlar çalışmaqdadır. Eyni zamanda elə restoranın öz aşpazının eksklüziv reseptlərlə hazırladığı çörək çeşidlərinin dadına baxmaq da olar.
Restoranın birinci mərtəbəsində fast-food zonası yerləşməkdədir. İkinci mərtəbədə banket zalı, dam hissəsində isə – yay aylarında açıq havada təmiz hava ala biləcəyiniz möhtəşəm şəhər mənzərəsi görünən “lounge terrasa” xidmət göstərməkdədir. Eləcə də qarlı günlərdə masa arxasında, qarşınızda ətirli çay əyləşəcək Köhnə Bakıya yağan qarın dənəciklərinin şəhərimizi necə örtməsinin möhtəşəm mənzərəsini izləmək üçün qış terrasa da xidmətinizdədir.
“Zərif” restoranı İçəri şəhərin mərkəzində, məşhur Azərbaycan rəssamı Əli Şəmsinin evinin qarşısında, Kiçik Qala 88 ünvanında yerləşir.
Masaları rezerv etmək üçün (+99450) 707-00-50 nömrəsinə zəng edərək bu təkrarolunmaz məkanın rahatlığından və əsrarəngiz mühitindən həzz ala bilərsiniz.
S.B.
www.oxu.az