“Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün təkliflər verilib, İşçi Qrupu formalaşdırılıb:
“İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.
O əlavə edib ki, Prezidentin siyasi iradəsi ilə insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq:
“Bunun hansı formada olacağı isə təkliflərdən asılı olacaq”.
İlhamə Əbülfət