Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha 15 min işsizə birdəfəlik ödəniş həyata keçirildi
“Artıq 35 min işsiz üçün ödəmə poçt şöbələrinə və bank filiallarına köçürülüb”.
Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirdi. Ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq”, - deyə o bildirib.
"ƏƏSMN" teqi üzrə xəbərlər
- Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
- Milli Məclisin deputatından minimum pensiya məbləği ilə bağlı AÇIQLAMA
- Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 faizdən çox artırılır
- İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 faizə yaxın artırılır
- Yeni sosial paket çərçivəsində pensiyalar artırılacaq - Nazirdən AÇIQLAMA