Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, prosesdə M.Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə düşüb.
M.Əhmədov Y.Əzizovu yalan danışmaqda ittiham edib. Hakim M.Əhmədova xəbərdarlıq edib.
Bildirib ki, bir daha qaydalara əməl etməsə, iclas onun iştirakı olmadan aparılacaq.
Proses aprelin 18-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Ə.
www.oxu.az