Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Keçən il məişət zorakılığından zərərçəkənlərin 289-u kişi, 1224-ü qadın olub
2023‑cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9389 müraciət qeydə alınıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı"nda əksini tapıb.
Qeyd edilib ki, 2022‐ci ildə bu rəqəm 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.
Ailə münaqişəsi zəminində Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9389 hüquqazidd əməlin qarşısı alınıb.
Məişət zorakılığı ilə bağlı 1482 cinayət törətmiş 1386 (qadın ‐ 88; kişi ‐ 1298) şəxs məsuliyyətə cəlb olunub. Bu hüquqazidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs (qadın ‐ 1224; kişi ‐ 289) müəyyən edilib. Statistik rəqəmlər göstərir ki, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.
Rəylər