Sen
2020
10:18
66
180
15394
Virtual karabakh

Bakıda hoteldə cinayət: müğənni əri tərəfindən öldürüldü

3 Sen, 2020
10:18
15394

Bakıda hoteldə cinayət: müğənni əri tərəfindən öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində qadın ölümü ilə nəticələnən ağır cinayət törədilib.

Bu barədə Oxu.Az-a paytaxtın Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, 3 sentyabr, saat 02:00 radələrində 1982-ci il təvəllüdlü qəsəbə sakini Murad Şamilov 1985-ci il təvəllüdlü həyat yoldaşı Şahanə Şamilovaya ikisi sinə nahiyəsinə nüfuz etməklə 18 bıçaq xəsarəti yetirib.

Qadın yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivləri araşdırılır.

Məlum olub ki, cütlük ayrı yaşayıb, Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Ölümündən əvvəl əri ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün yuxarıda adı qeyd edilən hoteldə görüş təyin edib.

Qadın onun təklifini qəbul edib. Ş.Şamilovanın əri ilə görüşü faciə ilə bitib.

Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni işləyib.

Şamilovların iki azyaşlı övladı var.

Ramella İbrahimxəlilova                          

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri