Müasir texnologiyaları özündə birləşdirən hibrid və elektrik (EV) avtomobil istehsalında Çində ilk 5-likdə yer alan "Wuling" MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verir.
Kampaniya çərçivəsində "Wuling Starlight", "Wuling Starlight S", "Wuling Alvez", "Wuling Alvez S" və "Wuling Asta" modelləri 0% ilkin ödəniş imkanı ilə satışa təqdim olunur. Məqsəd cəmiyyətin dayağı olan müəllimlər və həkimlərə həm əlçatan, həm də müasir texnologiyalı avtomobil seçimləri təklif etməkdir.
"Wuling" modelləri "General Motors"un beynəlxalq mühəndislik gücü əsasında hazırlanıb və güc, qənaət və texnologiyanı özündə birləşdirir. "Plug-in Hybrid" sedan və krossoverlər uzun məsafələrdə etibarlılıq, qənaətcil mühərriklər və geniş təhlükəsizlik sistemləri ilə seçilir, tam elektrik (EV) modellər isə ekoloji təmizlik və şəhər istifadəsi üçün yeni standart müəyyənləşdirir. Müasir dizayn və komfort isə bütün "Wuling" modellərini peşəkarların gündəlik həyatında ideal tərəfdaşa çevirir.
Bu kampaniya "İmotors" MMC və "Prior Leasing"in birgə layihəsi olaraq həyata keçirilir və yalnız müəllimlər və həkimlər üçün nəzərdə tutulub.
"İmotors"un marketinq meneceri kampaniya barədə danışıb:
"Wuling" dünya miqyasında milyonlarla insanın seçimidir. Bizim məqsədimiz müəllimlər və həkimlərə də bu keyfiyyəti və etibarı əlçatan etməkdir. Bu təşəbbüs həm minnətdarlığımızın ifadəsidir, həm də sosial məsuliyyət missiyamızın bir hissəsidir".
Kampaniya çərçivəsində maraqlanan şəxslər Babək prospekti, 38A ünvanında yerləşən "İmotors" salonuna yaxınlaşa və ya 8887 nömrəsinə zəng etməklə daha ətraflı məlumat ala bilərlər.