Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Araz" supermarketlər şəbəkəsi mağazalarında satılan ətin keyfiyyətinə tam təminat verir
"Veysəloğlu" Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi istehlakçıları yüksəkkeyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin edir. Şirkətə məxsus mağazalarda müxtəlif çeşiddə təravətli meyvə-tərəvəz, həmçinin təzə ət müştərilərə təqdim olunur. İstehlakçılar "Araz"da satılan ətlərin keyfiyyətindən tam arxayın ola bilərlər.
"Araz" supermarketlər şəbəkəsinin filiallarında satılan ətlər əsasən Ağcabədi, Beyləqan, Bərdə və İmişli rayonlarından gətirilir. Baytar nəzarətindən keçən, tam sağlam və heç bir qüsuru olmayan heyvanlar xüsusi kəsim məntəqələrində gigiyenik şəraitdə, qida təhlükəsizliyi tələblərinə əməl edilməklə kəsilir. Kəsim Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının iştirakı ilə aparılır. Burada qida təhlükəsizliyi tələbləri ilə yanaşı islami qaydalara tam əməl olunur. Kəsilmiş ətlərdən nümunələr götürülür, ətin keyfiyyəti və təhlükəsizliyi laboratoriyada yoxlanılır. Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan ətlərin "Araz"da satışı həyata keçirilir.
Soyuq zəncir qırılmadan daşınma
Ət soyuducularda dinləndirildikdən sonra "Araz"a məxsus anbarlara göndərilir. Ətlərin daşınması prosesi də tamamilə beynəlxalq standartlara və qida təhlükəsizliyi tələblərinə uyğun aparılır. Belə ki, daşınma zamanı xüsusi soyuducu sistemi ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilir. Temperatur rejimini qoruyan, güclü izolyasiyalı nəqliyyat vasitələri qida məhsullarının təzəliyi və keyfiyyəti qorunaraq, soyuq zəncir qırılmadan daşınmasına imkan verir.
"Araz"da ət çeşidlərinin sayı 45-ə çatdırılıb
Qeyd edək ki, ötən il mağazalarda ət çeşidlərinin sayı 45-ə çatdırılıb. İstehlakçılar ətin təhlükəsizliyi və keyfiyyətindən əmin olmaq üçün ət satışı həyata keçirilən bütün "Araz" filiallarında AQTA tərəfindən təqdim olunan sertifikatlarla tanış ola bilərlər.
"Araz supermarketlər şəbəkəsi" teqi üzrə xəbərlər
- Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir
- "Araz" Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək
- "Araz" supermarketlər şəbəkəsi qadınlar üçün master-klaslara start verib
- "Halal" markası vurulmuş məhsulun tərkibində DONUZ PİYİ VAR? - Qurumlardan AÇIQLAMA
- "Araz" supermarketlər şəbəkəsi gənclər üçün təcrübə proqramını davam etdirir
Rəylər