Azərbaycanda avtomobillərin xarici bazarlardan idxalı və satışı sahəsində fəaliyyət göstərən "Auto Import Baku" MMC yeni ofisini istifadəyə verib.
Sentyabrın 13-də keçirilən açılış mərasimində şirkətin təsisçisi və direktoru Ramin Rəhimov, şirkət rəhbərliyi və əməkdaşları, tərəfdaşlar, müştərilər və media nümayəndələri iştirak ediblər.
Yeni ofisin istifadəyə verilməsi şirkətin fəaliyyətinin genişləndirilməsi və müştərilərə daha rahat, şəffaf və peşəkar xidmət göstərilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
2018-ci ildən avtomobil idxalı sahəsində
2018-ci ildən fəaliyyət göstərən "Auto Import Baku" ABŞ, Kanada, Cənubi Koreya, Çin və digər xarici bazarlardan avtomobillərin Azərbaycana idxalını həyata keçirir.
Şirkət "Copart", "IAAI", "Manheim" kimi beynəlxalq hərrac platformalarından avtomobillərin seçilməsi və alınmasından başlayaraq, logistika, gömrük rəsmiləşdirilməsi və avtomobilin müştəriyə təhvil verilməsinə qədər bütün prosesi təşkil edir.
Şirkətin fəaliyyətində əsas diqqət şəffaflıq, avtomobilin əvvəlcədən yoxlanılması və müştərinin təhlükəsizliyinin təmin olunmasına yönəldilir. Avtomobillərin tarixçəsi "Carfax" və digər müvafiq sistemlər vasitəsilə araşdırılır, texniki vəziyyəti üzrə ekspertiza və yoxlamalar aparılır.
2000-dən çox avtomobil idxal edilib
Fəaliyyət göstərdiyi müddət ərzində "Auto Import Baku" tərəfindən 2000-dən çox avtomobil Azərbaycana idxal edilərək müştərilərə təhvil verilib.
Şirkətin təqdim etdiyi xidmət modelinə avtomobilin seçilməsi və alınması ilə yanaşı, sığortalı daşınma, gömrük və DYP prosedurlarının həyata keçirilməsi də daxildir.
Şirkət, həmçinin müştərilərinə mühərrik və transmissiya zəmanəti təqdim edir. Bu yanaşma avtomobilin xaricdən sifarişi prosesində müştərinin qarşılaşa biləcəyi risklərin minimuma endirilməsinə və xidmətə olan etimadın artırılmasına xidmət edir.
"Auto Import Baku"nun məlumatına görə, xarici bazarlardan birbaşa avtomobil alınması nəticəsində müəyyən modellər üzrə avtomobilin yekun qiyməti yerli bazardakı analoji təkliflərdən 20-30 faizə qədər daha sərfəli ola bilər.
Yeni ofis - yeni imkanlar
Açılış mərasimində çıxış edən "Auto Import Baku" MMC-nin təsisçisi və direktoru Ramin Rəhimov şirkətin keçdiyi inkişaf yolundan və qarşıdakı hədəflərdən danışıb. "Bizim üçün yeni ofisin açılması yalnız yeni məkanın istifadəyə verilməsi deyil. Bu, şirkətimizin inkişafında yeni mərhələnin başlanğıcıdır. Əsas məqsədimiz müştərilərimizə avtomobil idxalının bütün mərhələlərində şəffaf, təhlükəsiz və peşəkar xidmət göstərməkdir. Bu günə qədər formalaşdırdığımız etimadı daha da gücləndirərək fəaliyyətimizi genişləndirməyi hədəfləyirik", - deyə Ramin Rəhimov bildirib.
Şirkət yeni mərhələdə xidmət keyfiyyətinin daha da yüksəldilməsi, rəqəmsal həllərin inkişaf etdirilməsi, avtomobil seçiminin genişləndirilməsi və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
"Auto Import Baku" hazırda Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 312A ünvanında fəaliyyət göstərir. Şirkətin əsas prinsipi isə dəyişməz olaraq qalır: "Auto Import Baku" - fərqimiz etibarımızdır!"