Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50.2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37.18%, miqdar baxımından isə iki dəfəyə yaxın azalıb.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 537.3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6.94%-i Azərbaycanın payına düşüb.
Qaynar xətt:
(055) 224 12 12