Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Azercell Könüllüləri"nin xeyriyyə təşəbbüsləri davam edir
"Azercell Könüllüləri" xeyriyyə təşkilatı sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq qalaraq 2024-cü ilin ilk yarısında müxtəlif aksiyalar təşkil edib.
İkinci Qarabağ müharibəsi şəhidlərinin həyat yoldaşlarına müasir əmək bazarının tələblərinə uyğun biliklərin aşılanması məqsədilə "Azercell Könüllüləri"nin təşəbbüsü və dəstəyilə onlar üçün xüsusi İKT yönümlü təlimlər təşkil edilib. STEP Kompüter Akademiyası ilə əməkdaşlıqda baş tutan təlimlərdə 20 qadına "SMM Design və "Python Fundamentals" üzrə dərslər keçirilib. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərə cəlb olunmuş namizədlərin siyahısı Zəfər İB tərəfindən təqdim edilib.
Könüllülərin təşkilatçılığı ilə 2024-cü ilin may ayında talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. İki gün davam edən aksiya Mərkəzi Qan Bankının peşəkar tibbi heyəti tərəfindən icra olunub və toplanan qan ehtiyatları Respublika Talassemiya Mərkəzinə yönləndirilib.
İl ərzində Könüllər Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailəyə dəstək göstəriblər. Həmçinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ramanı qəsəbəsində yerləşən "Nur" uşaq evinə və Əhmədli qəsəbəsində yerləşən "SOS Uşaq Kəndi"nə səfərlər təşkil olunub.
Qeyd edək ki, "Azercell" əməkdaşlarından ibarət bu xeyriyyə təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və bu günədək minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək verib.
Rəylər