"Expressbank" biznes bankçılıq imkanlarını genişləndirməkdə davam edir.
Belə ki, artıq "Expressbank"ın biznes bankçılıq müştəriləri biznes krediti, invoys maliyyələşdirilməsi və "overdraft" sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.
Qeyd edək ki, "Expressbank" biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsi ilə 60 ayadək müddətdə 5 000 000 manatadək biznes kreditləri təklif edir. Üstəlik 24 ayadək güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq imkanı var.
Həmçinin biznes bankçılıq xidmətlərinin bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən "Express Business" tətbiqi aktivdir.
Bankın biznes bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini "B+" səviyyəsində "sabit" proqnozla təsdiqləyib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, "132" məlumat mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC Azərbaycan Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.