“Cartier” Evi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qış möcüzəsi” adlı musiqili tamaşa təqdim edib.
Yeni il bayramı ərəfəsində “Cartier” Evi və “Italdizain” şirkəti öz gənc dostları və onların valideynləri üçün xüsusi hədiyyə hazırlayaraq, onları “Qış Möcüzəsi” musiqili caz tamaşasına dəvət edib. Yalnız dəvətlilər üçün nəzərdə tutulmuş bu tamaşa dekabrın 9-da baş tutub.
Qış möcüzəsi” Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun öz qızına həsr etdiyi “Uşaq lövhələri” adlı 12 qısa musiqili pyesdən ibarət silsilə əsasında hazırlanmışdır və musiqi ilə nəfəs alan balaca qız haqqında 12 caz miniatüründə şifrələnmiş ecazkar musiqi səyahətidir. Yeni il ərəfəsində artıq yetkin yaşda olan baş qəhrəmanın həyatında möcüzə baş verir və o, özünü uşaqlıq dövründə, böyüdüyü evdə görür. Xatirələrə dalaraq keçmişə səyahət edən baş qəhrəman yenidən öz ilham mənbəyinə qayıdır və sevimli bəstəkar atasının şəninə musiqi bəstələdiyi balaca qıza çevrilir.
Bu Yeni il tamaşası nəsillər arasında əlaqə, varislik, Azərbaycan klassiklərinin musiqi irsinə hörmət və onun çağdaş təcəssümü, uşaqlıq dövründə dayaq və ilham axtarışı, sevginin gücü, eləcə də valideynlər və uşaqlar arasında qırılmaz bağ kimi mühüm ümumbəşər məsələlərə toxunur.
Tamaşanın quruluşçu rejissoru Anton Morozovdur və bu tamaşada baş rolları Azərbaycanlı müğənni, bəstəkar və musiqiçi Diana Hacıyeva və onun qızı Savvara Nəsib ifa edirdilər. Diana Hacıyeva həm də tamaşanın bəstəkarı və xor aranjemançısıdır. Tamaşada səslənən mahnıların sözləri isə İbrahim İbrahimova məxsusdur. Tamaşanın qrafikası hazırlanan zaman “Cartier” Evinin əsas estetik kodlarından biri - “Art Deco” üslubunun elementləri ilham mənbəyi olub.
Tamaşa başlamazdan əvvəl qonaqları “Cartier” Evinin Rusiya və MDB ölkələri üzrə idarəedici direktoru Sergey Xiruntsev və “ITALDIZAIN” şirkətinin baş direktoru Mariya Şişova salamlayıblar.
(sitatlar)
Sergey Xiruntsev qeyd edib ki, daim yeniliklərə imza atmaq ümdə vəzifələrdən biridir:
“Bu gün Azərbaycanın zəngin mədəniyyəti ilə yenidən təmas etmək bizim üçün çox dəyərli bir fürsətdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olmaq və dahi bəstəkar Fikrət Əmirovun irsinə müraciət etmək özü böyük şərəfdir. Yeniliklərə imza atmaq, kəşflər etmək və insanları bundan sonra da təəccübləndirmək bizim ən ümdə vəzifəmizdir”.
“Italdizain” şirkəti olaraq, biz öz missiyamızı ölkənin mədəni irsini dəstəkləməkdə görürük. “Cartier House” brendi bu layihəni ərsəyə gətirmək üçün Azərbaycan mədəniyyətində böyük xidmətləri olmuş dahi bəstəkar Fikrət Əmirovun əsərlərindən ilham almışdır və həqiqətən də biz bunu yüksək qiymətləndiririk”, - deyə Mariya Şişova qeyd edib.