“Chery” brendinin ən qənaətcil avtomobillərindən biri sayılan “Arrizo 5” modeli artıq Bakıda da təqdim olunub.
Qiyməti 29 900 AZN təşkil edən bu avtomobil sedan tipli ekonom sinfinin ən çox sevilən modellərindən biridir. 1,5 litrlik atmosfer mühərrik ilə təchiz olunan “Arrizo 5” modelini sərfəli edən amillərdən biri Ai-92 oktanlı yanacaq ilə çalışma qabilliyətidir. Bundan əlavə münasib qiymətə olmasına baxmayaraq “Arrizo 5” modeli ən son texnoloji üstünlüklər ilə də təchiz olunub.
Rəsmi 5 il və ya 150 000 km zəmanət ilə təklif edilən bu model yeni təqdim olunması ilə əlaqədar “Chery” Bakı Mərkəzi tərəfindən hər alıcıya 1 illik kasko sığorta hədiyyə edir. Hər dəfə olduğu kimi bu dəfə də yeni və münasib təklif ilə “Chery” Bakı Mərkəzi günü-gündən müştərilərin etibarını daha da çox qazanır.
Əlavə olaraq qeyd edək ki, bu avtomobillərə məxsus rəsmi servis və ehtiyat hissələrinin satışı da Babək prospekti, 37 ünvanında həyata keçirilir.