“Expressbank” ASC-nin 2017-ci ilin maliyyə nəticələri bankın rəsmi saytında dərc edilib.
2017-ci ilin yekunlarına görə, “Expressbank”ın cəmi aktivləri 314 mln. AZN, cəmi kapital 144 mln. AZN təşkil edir. Hesabata əsasən, bank ili 2 milyon 26 min AZN mənfəətlə başa vurub.
Qeyd etmək lazımdır ki, son illər ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq, “FitchRatings” agentliyi tərəfindən “Expressbank” ASC-nin reytinqi dəyişilməz olaraq “B” səviyyəli stabil olaraq qalıb. Bu, bankın maliyyə dayanıqlılığını bir daha nümayiş etdirir.
“Expressbank” müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.