Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Fərid Hüseynov: "Birbank" "Bir" ekosisteminin mərkəzindədir"](https://images.oxu.az/2025/02/13/l9Jph7dQ2zfZDDBmmNOcHnFcwgwyXr83FYaMbxCn:1200.jpg)
Fərid Hüseynov: "Birbank" "Bir" ekosisteminin mərkəzindədir"
"PAŞA Holding" tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən "Bir" ekosistemi ictimaiyyətə təqdim olunub. Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. "Birbank" ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, "Bir" ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış "Birbank", "Umico", m10 və "MilliÖn" brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. "Birbank" isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara "Umico"da "Birbank" krediti ilə alış-veriş etmək, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır. Qeyd edək ki, "Bir" ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Tədbirdəki çıxışı zamanı "Birbank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov, "Bir" ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: "Birbank olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə "Bir" ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!"
"Bir" ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin, "Umico", M10 və "MilliÖn"ün baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
"BakıKart mobil tətbiqi" teqi üzrə xəbərlər
- Vətəndaşların "BakıKart" QR-biletlərindən pul vəsaitləri silinib? - AÇIQLAMA
- "BakıKart"ın internet səhifəsi bərpa edilib? - Rəsmi AÇIQLAMA
- "Bakıkart" üzrə geri qaytarılan vəsait niyə hesablardan çıxılır?
- "m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
- "BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA
Rəylər