Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ozon Azərbaycan çatdırılma qiymətini endirdi
Ozon marketpleys Azərbaycana sifarişlərin çatdırılma qiymətini azaldıb. İndi həm çatdırılma məntəqəsinə, həm də kuryerlə çatdırılma xidmətinin ödənişi sabit olaraq cəmi 1.99 manat təşkil edir. Əvvəllər çatdırılma qiyməti malın çəkisindən asılı olaraq dəyişirdi və çəkisi 100 qram olan məhsulun çatdırılma məntəqəsinə gətirilməsi 3.21 manatdan, kuryer vasitəsilə çatdırılması isə 5 manatdan başlayırdı.
"Azərbaycanda elektron ticarətin sürətli artımını müşahidə edirik və yerli bazarda inkişaf üçün böyük perspektivlər görürük. Məqsədimiz Azərbaycan vətəndaşlarına hər növ məhsulu sərfəli şərtlər və sürətli çatdırılma ilə əldə etməyə imkan verən rahat bir platforma təqdim etməkdir. Biz məhsul çeşidini artırmağa, IT platformasını təkmilləşdirməyə və ölkədə logistika infrastrukturunu inkişaf etdirməyə davam edəcəyik", - Ozon-un MDB üzrə əməliyyatlar və inkişaf direktoru Aleksey Sapon bildirib.
Ozon Azərbaycanda 2024-cü ilin avqust ayından fəaliyyət göstərir. Məhsullar respublikaya orta hesabla iki həftəyə çatdırılır. Ozon.com platformasında ev əşyalarından və məişət texnikasından tutmuş oyuncaq və geyimə qədər müxtəlif kateqoriyalarda 100 milyondan çox məhsul mövcuddur. Alıcılar sifarişlərini ASE (UNI) və GBS Export tərəfdaşlarının çatdırılma məntəqələrindən, həmçinin Unitrade şirkətinin kuryer xidməti ilə əldə edə bilərlər.
Gələcəkdə Ozon Azərbaycanda logistika infrastrukturunu genişləndirməyi planlaşdırır. Bura anbar komplekslərinin qurulması, çatdırılma xidmətinin yaradılması və françayzinq əsasında brendləşdirilmiş sifariş qəbulu və çatdırılma məntəqələri şəbəkəsinin fəaliyyətə başlaması daxildir. Eyni zamanda, marketpleys yerli sahibkarları Ozon platformasında satışlara cəlb etməyi də hədəfləyir.
-
Ozon geniş logistika şəbəkəsinə malik olan çoxkateqoriyalı marketpleysdir. Platformada kitablar, geyimlər, qida məhsulları və sağlamlıq məhsulları da daxil olmaqla, 20-dən çox kateqoriyada 370 milyondan çox məhsul təqdim edilir. Artıq 53.5 milyon aktiv alıcı sifarişlərini bu inkişaf etmiş logistika infrastrukturu vasitəsilə rahatlıqla əldə edir. Bu infrastruktur 550 mindən çox sahibkara öz məhsullarını Rusiya və MDB ölkələrində satışa çıxarmaq imkanı yaradır.
Rəylər