Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dörd yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Dörd yaşlı Vahid Nicat oğlu Hacıyev fenilketonuriya (ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Nicat Hacıyev məlumat verib.
O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir:
"Vahidin xəstəliyini üçaylıq olanda bildik. O dövrdən müalicələrə başladıq. İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. Yardımsevər şəxslərin sayəsində fevral ayında Vahidin müalicəsi üçün Türkiyəyə yollandıq. Orada aldığı 40 günlük müalicənin müsbət təsirləri oldu. Amma son altı aydır ki, Vahidi nə müayinəyə, nə fizioterapiyaya apara bilirik".
Nicat Hacıyev bildirib ki, övladının müalicəsi üçün yenidən yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var:
"Vahid uzun müddət müalicə və müayinə olunmalıdır. Vahidin qəbul etməli olduğu yeməkləri biz xaricdən sifariş edirik. Onun qidaları və dərmanları çox baha başa gəlir. Vahidin müalicəsi üçün hazırda 2000 manata ehtiyacımız var. Evdə tək mən işləyirəm, heç bir halda bu qədər məbləği toplayıb övladımı müalicə edə bilmirəm. Yardımsevər şəxslərdən Vahidə bir daha yardım etmələrini, onu bu yolda tək buraxmamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 858-51-33.
Kart nömrəsi: 4169 7387 9207 8812.
Rəylər