Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan "PashaPay", rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider "Mastercard" ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə anlaşma memorandumu imzalayıb. Memorandumun imzalanması iyunun 3-də "PashaPay"in bir ekosistemi təmsil etdiyi, dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan "Money 20/20 Europe" zamanı Amsterdamda baş tutub.
Bu strateji əməkdaşlıq "Mastercard" və "PashaPay" arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:
4 iyun tarixində verilən birgə mətbuat açıqlamasında "Mastercard" və "PashaPay" bildiriblər ki, bu strateji əməkdaşlıq aşağıdakı sahələrdə tərəflər arasında əlaqələri gücləndirməyə yönəlib:
• Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;
• "Mastercard" və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
• "Mastercard"ın "MoneySend", "Cross-Border Send" və "Alias Directory" xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;
• Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.
"Mastercard" ilə tərəfdaşlıq, "PashaPay"in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də əhatə edir. Bu anlaşma memorandumunun məhz "Money 20/20 Europe" tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş etdirir", - deyə "PashaPay"in baş icraçı direktoru Samir Məmmədov bildirib.
"Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal isə qeyd edib ki, bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal sinerjisini təmsil edir: "Biz sadəcə yeni ödəniş məhsulu təqdim etmirik - biz Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq. Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək etməkdir".
Bu anlaşma memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.
"PashaPay" haqqında
"PashaPay" "Bir ekosistem"in bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və "MilliÖn" ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
"Mastercard" haqqında
"Mastercard" 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik.