“Kontakt” mağazalar şəbəkəsinin illərdir onminlərlə insanın evinə sevinc gətirdiyi çox sevilən kampaniyası indi tam yenilənmiş və daha çox qazandıran formatda geri qayıdır.
Bu dəfə “Şeş” atıb, aldığınız məhsulun 2 yox, 3 yox, hətta 10 qatını aparmaq şansınız var. Bunun üçün günü dekabrın 16-dan yanvarın 15-dək istənilən “Kontakt Home” yaxud “Kontakt Smart” mağazasına gəlib könlünüzdən keçən məhsulları nağd alışda 50%-dək endirimlərlə, hissəvi alışla isə 24 ayadək ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərlə almağınız bəs edir.
Bəxt güldürən “Şeş at, 10 Qatını geri al” kampaniyasının şərtləri doğrudan da çox sadədir. Beləliklə istənilən məbləğdə məhsul əldə etdikdən sonra:
- Əgər 1 zərlə “şeş” (altı) atsanız, məbləğin 10%-ni;
- 2 zərlə “şeş” (altı) atsanız, məbləğin 100%-ni;
- 3 zərlə “şeş” (altı) atsanız, məhsul dəyərinin 3 qatını;
- 4 zərlə “şeş” (altı) atsanız, məhsul dəyərinin tam 10 QATINI geri alacaqsınız.
Geri qazandığınız məbləğdən istəyinizə bağlı olaraq həmin gündə və ya 2023-cü ilin sonunadək şəbəkənin mağazalarına yaxınlaşmaqla istifadə edə bilərsiniz. Qeyd edək ki, hər alış-veriş qəbzi sizə kampaniyada 1 iştirak şansı qazandırır.
Məlumat üçün bildirək ki, bəxtəvərlərin kampaniyası eyni zamanda onlayn alanların da sevincinə səbəb olacaq. Belə ki, kontakt.az saytından sifarişlərinizin çatdırılması zamanı sizə alış-veriş qəbzi təqdim olunacaq. Həmin qəbzlə birlikdə kampaniya müddətində istənilən “Kontakt” mağazasına gəlib zər ata bilərsiniz.
Odur ki, Yeni İldə bəxtinizi öz əllərinizlə dəyişmək üçün evinizə lazım olanı “Kontakt” dan alın. Şəbəkə qarşıdan gələn Yeni İl bayramınızı təbrik edir!