Bakıda premium-klass avtomobillər üçün xüsusi servis mərkəzi var. “Aztech motors”un servisində premium-klass avtomobillər üçün möhtəşəm kampaniya təklif edilir.
Oxu.Az xəbər verir ki, yağ kampaniyası, ümumilikdə, yalnız premium-klass avtomobillərə, yəni, “Mercedes”lər, “BMW”-lər, “Porcshe”lər, “Volkswagen”lər, “Toyota”lar, “Lexus”lar, “Range Rover”lər, “Audi”lər - şamil olunur.

Yağı dəyiş, pulsuz texniki baxış qazan
Kampaniya ilə bağlı məlumat verən “Aztech motors”un direktor müavini Toğrul Paşayev bildirib ki, servis yağ kampaniyasında endirimli yağdəyişmə təklif edilir:
“Boçka” yox, ancaq qutu qablaşdırma yağlar işlənir. Aksiyada “Motul”, “Şell”, “Castrol”, “Mercedes”in öz orijinal yağı olan “MB oil”dən istifadə olunur”.
Əgər müştəri yağ çeşidlərini dəyişdirmək və başqa markadan istifadə etmək istəyirsə, bu zaman qiymətdə də dəyişiklik olur. Qiymətlər:


Ümumi yağdəyişmə aksiyasında iştirak edən müştərilərə texniki baxış tam ödənişsizdir.
Bu kampaniya zamanı müştərinin qazancı “boçka” yağının qiymətinə qutu yağını alması və bundan başqa, pulsuz texniki baxış əldə etməsidir.
“Kampaniyanın nə vaxta qədər davam edəcəyinə dair xüsusi bir müddət qoymamışıq. Çox güman ki, ilin sonuna qədər davam edəcək”, - Paşayev bildirib.
Avtomobil təmiri və texniki qulluğu üçün, demək olar ki, bütün işlər bu servisdə görülür: mexanik işi, elektrik işi, dəmirçi işi, rəngsaz işi, disklərin təmiri, keramik “polirovka”, disklərin arqon qaynaqla təmiri, “razval balans”, elektron blokların təmiri, “bezkraska”(rəng zədələmədən dəmirçi işləri). Bunlar texniki servis işləridir.

Performans tüning ilə peşəkar səviyyədə məşğul oluruq. “High Performance Brakes” kimi yüksək keyfiyyətli əyləc sistemlərinin Azərbaycanda rəsmi dilleriyik.
Peşəkar ustalar
Servisdə ustalar kifayət qədər peşəkardır. Toğrul Paşayev bir neçə ustanın xarici ölkələrdə ixtisaslanmış beynəlxalq treninqlərdə iştirak etdiyini və müvafiq sertifikatlar əldə etdiklərini deyib.
Burada eyni anda altı avtomobilə mexanik xidmət, beş avtomobilə elektron diaqnostika xidməti göstərmək mümkündür.

“Biz işə başlayanda araşdırdıq və gördük ki, Bakıda bu sahədə bir boşluq var. İnsanlar avtomobillərini xüsusi zövqlə yığan, xüsusi dizayn verən bütün xidmətləri birlikdə göstərən bir yer axtarırdılar. Amma belə bir yer yox idi”, - Paşayev əlavə edib.
Avtomobilin hər xırda detalına, hər xırda nöqtəsinə diqqət yetirən insanlar var. Bu servis Bakıda onların bütün xidmətləri bir yerdə əldə edəcəkləri yeganə məkandır.

Bu servisin digərlərindən fərqi
Bu servis digərlərindən gördüyü işin keyfiyyətinə görə fərqlənir. Məsələn, bir çox yerlərdə avtomobil diaqnostikası yerləri mövcuddur. Oralarda “pirat” yəni-xüsusi istehsalçı lisenziyası olmadan istifadə edilən proqram təminatlarından istifadə olunur. Bu servisdə isə elektron diaqnostika lisenziyalıdır, ən son model diaqnostika avadanlıqlarından və proqram yenilənmələrindən (update) istifadə edilir.

Disklərin qaynaq olunmasını da sırf arqonla ən keyfiyyətli şəraitdə, xüsusi, ən müasir avadanlıqlarla edirik. “Polirovka”ya da eyni sözləri aid etmək olar. “Polirovka”da xüsusi pastalar və kimyəvi maddələrdən istifadə olunur: 3M, SONNAX, Koch Chemie, Baltic Nano və s.
Servisin gördüyü işləri sosial şəbəkədəki səhifələrdən izləmək mümkündür.
Bütün bunlar isə münasib qiymətə təklif edilir.
Retro avtomobillərin restavrasiyası, satışı və sifariş ilə idxalı.

Burada “old timer”lər və retro avtomobillərə də xidmət göstərilir. Bu xidmətlərə köhnə Sovet avtomobillərinin, bütün retro modellerin restavrasiyası, zavod vəziyyətində və ya hansısa xüsusi dizaynda yığılması daxildir.
Retro avtomobillərin yenilənməsi sex şəraitində həyata keçirilir. Avtomobil sırf zavoddan istehsaldan çıxan vəziyyətdə, tam metala çıxana kimi, “kuza” qalana kimi sökülür və elə təmir edilir. Bütün “kuza” bərpa olunur. Sözsüz, illərin avtomobilidir, çürümələr, koroziya, oksidləşmə uğramalar olur, bunlar aradan qaldırılır. Sonra hər bir detal tək-tək restavrasiya olunur. Avtomobil zavodda istehsal olunanda hansı materialdan, hansı detallardan istifadə olunubsa, onlar bir-bir yenilənir.

Bu servisdə müştərilərin rahatlığı üçün qoşqulu avtomobil də var. Məsələn, müştəriləri əgər yolda qalırsa və ya avtomobili çoxdan istifadə olunmursa, bağ evindədir, sürülmür və təmirə gətirmək istəyirlərsə, servisin evakuasiya xidmətindən istifadə edə bilərlər.
“Biz gedib onun avtomobilini götürürük və bu, tam sığortalıdır. Yolda avtomobilə nəsə olsa, xərci qarşılanır”, - Paşayev qeyd edib.
Müştəri məmnuniyyəti
Müştərilərin rahatlığını təmin etmək üçün servisdə xüsusi bölmə də mövcuddur. Burada müştəri servisin personalının təklif etdiyi çay və qəhvəni dadaraq, avtomobilin təmir mərhələlərini asanlıqla müşahidə edə bilər. Ustalar isə avtomobildə çıxan problemləri elə buradaca müştəriyə çatdırır və onun təmin edilmə prosesini göstərir.

Bütün bu proseslərlə tanış olmaq və öz avtomobilini ideal vəziyyətə gətirmək istəyənlər Bakı şəhəri R.Məmmədov küçəsində yerləşən servisə yaxınlaşa bilərlər.
Bizimlə digər əlaqə vasitələrini təqdim edirik:
Mobil telefon: (+994)50-202-20-48
Qısa nömrə: *8558
Şəhər telefonu: (012) 404 83 21
“Facebook”














