Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2018-ci ilin ən maraqlı kosmos şəkilləri - FOTO
Yekunlaşmaqda olan 2018-ci il fantastik kosmos şəkilləri baxımından çox məhsuldar keçib.
Oxu.Az bildirir ki, “New Atlas” saytına görə, dumanlıqların, Yer kürəsinin, ulduzların, tarixi və yeni kosmik uçuşların, tamamilə unikal kosmik missiyaların fotoşəkilləri 2018-ci ilin ən yaddaqalan kosmik fotoları sırasına daxil olub.
Rahat əyləşin və bu əsrarəngiz gözəllikdən zövq alın.
Laquna dumanlığının - Yer kürəsindən təqribən 4000 işıq ili məsafədə yerləşən ulduzların yarandığı bölgənin fotosu. Bu şəkil bu ilin fevral ayında “Habbl” teleskopu vasitəsilə əldə edilib.
“Kəllə və sümüklər” (NGC 2467) ulduzyaranma dumanlığının aktiv hissəsi. Avropa cənub rəsədxanasının çox böyük teleskopu vasitəsilə çəkilib.
İlon Maskın albalı rəngli rodsteri (üstüaçılan iki nəfərlik avtomobili) bu ilin fevral ayında yüksək ağırlıqlı daşıyıcı raket olan “Falcon Heavy”nin üzərində Yer kürəsindən uzaqlaşarkən.
Rodsterdə əyləşmiş və Yerdən uzaqlaşan “Starmen” manikeninin sonuncu fotosu.
Vista Avropa cənub rəsədxanasındakı teleskopun əldə etdiyi Eta Carinae dumanlığının fotosu.
NASA İnSight eniş modulunun Qırmızı planet Marsa enişindən sonra ilk selfisi.
Yupiterin burulğan buludlarının arasında “üzən delfin”in fotosu. Foto NASA aerokosmik agentliyinin “Juno” kosmik aparatı vasitəsilə çəkilib.
Bizim qalaktikanın 1,7 milyard ulduzu əks etdirən ətraflı şəkli. Foto Avropa kosmik agentliyinin “Gaia” kosmik teleskopu vasitəsilə çəkilib.
Bennu asteroidinin mozaik fotosu. Foto NASA OSİRİS-REx planetlərarası kosmik stansiyası vasitəsilə obyektin səthindən 24 km yüksəklikdə çəkilib. Bu şəkil tarix boyu asteroidin indiyə qədər əldə edilən ən detallı şəklidir.
Noyabrın 8-də “Parker” günəş zondu vasitəsilə əldə edilən bu şəkil kosmosun öyrənilməsi tarixində bilavasitə Günəş atmosferindən əldə edilən ilk şəkildir. Şəklin sol tərəfində plazmanın tacşəkilli partlayışını və arxa planda Merkuri planetini (parlaq nöqtə) görmək mümkündür.
Bu ilin sentyabrında Avropa Kosmik Agentliyinin alman astronavtı Aleksandr Gerst tərəfindən “Trami” super tufanının Beynəlxalq kosmik stansiyadan çəkilmiş fotoşəkli.
“Küryoziti” Mars üzərində yeriyən gəmisi altı il ərzində qət etdiyi yola nəzər salır. O, Qırmızı planetin üzərinə Bredberi Lendinq adlanan yerdə eniş etmişdi.
“Habbl” kosmik teleskopu vasitəsilə infraqırmızı və ultrabənövşəyi diapazonlarda əldə edilmiş panoramik şəkildə 15 minə yaxın qalaktika yerləşir.
Bu şəkil 2018-ci ilin əvvəllərində əldə edilmiş Saturn şəkillərindən və daha öncə planetdə baş verən qütb parıltılarının ultrabənövşəyi şəkillərindən ibarətdir.
Böyük Magellan buludunun mərkəzində yerləşən NGC 1898 kürəvi ulduz topasının fotosu.
Avstraliya üzərində atmosferin göy aydınlığını əks etdirən bu foto 2018-ci ilin oktyabrında əldə edilib. Bu aydınlığın yaranma səbəbi küləyin yüklənmiş hissəciklərinin planetin atmosferinə dəyərək parıltılı narıncı rəngli enerjini ifraz etməsidir.
Avropa cənub rəsədxanasının çox böyük teleskopu vasitəsilə əldə edilmiş Tarantula buludluğunun fotosu.
“Juno” kosmik aparatının əldə etdiyi Yupiterin daha bir heyranedici fotosu.
İnfraqırmızı şüalanmanın yaxın infraqırmızı-istilik diapazonunda Apop üçlü ulduz sisteminin tərkibini əks etdirən foto. Toz və qazlardan ibarət burulğanşəkilli bulud gələcəkdə sistemin qamma radiasiya meydana gətirəcəyinin göstəricisidir.
“Virgin Galactic” şəxsi turist şirkətinin VSS Unity kosmoplanından görüntü. Foto aparatın kosmik fəzaya ilk buraxılışı zamanı çəkilib.
“Habbl” kosmik teleskopu Marsın bu şəklini 18 iyul 2018-ci ildə Qırmızı planetin 2003-cü ildən bəri Yerə ən yaxın olduğu zaman çəkib.
Avropa cənub rəsədxanasının çox böyük teleskopla çəkdiyi NGC 3981 spiral qalaktikasının fotoşəkli.
Cənubi Afrika Respublikasının Şimal Burun əyalətində yerləşən radioteleskopun çəkdiyi və Süd yolunun mərkəzini əks etdirən radioşəkil. İşığın parlaqlığının çox olması mənbədən gələn radiosiqnalın bir o qədər güclü olmasını göstərir.
“Mars Reconnaissance Orbiter” orbital kosmik aparatının çəkdiyi foto. Fotoda çömçəquyruğa bənzəyən krater əks olunub. Kraterin “quyruğu” – qurumuş bir çayın qoludur və əvvəllər planetdə suyun maye halında mövcud olduğunu sübut edir.
Marsın “Mars-Ekspress” zondu vasitəsilə əldə edilmiş daha bir fotosu. Bu fotoda külli miqdarda donmuş su ilə dolu olan Korolyov krateri əks olunub.
Lupus 3 ulduzu və Canavar bürcü. Ulduzun yaxınlığında ən azı bir ekzoplanet mövcuddur. Bürcün özü isə aktiv ulduzyaranma bölgəsində yerləşir.
Günəşin şimal qütbünün əvvəllər görünməmiş bucaq altında fotosu. Foto Avropa kosmik agentliyinə məxsus Proba-2 kosmik zondunun çəkdiyi fotoların ekstrapolyasiyası nəticəsinə əldə edilib.
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı