Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada uşaqlarla bağlı maraqlı təklif: Valideynin icazəsi olmadan öz adlarını dəyişə biləcəklər?
Rusiya Dövlət Duması uşaqlara valideynlərinin icazəsi olmadan adlarını dəyişmək hüququnun verilməsini təklif edib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov məktəblərdə uşaqlara qarşı bullinq hallarının qarşısını almaq məqsədilə belə bir təkliflə Əmək Nazirliyinə müraciət edib.
Onun sözlərinə görə, Rusiyada valideynlər övladları üçün getdikcə daha qeyri-adi adlar seçirlər. Bu isə uşaqları bullinqə məruz qoyur. Məsələn, Lüsifer, Donatella, Avropa, Şəkər, Kit, İnvoker, Mirana, Lunara və s. kimi adlar seçildikdə, uşaqlar tez-tez zorakılıq və ya sosial təcrid ilə üzləşirlər.
Qeyd edilir ki, uşaqların adlarını dəyişdirmək üçün yalnız təhsil qurumunun bullinq faktını təsdiqləməsi kifayət edəcək.
Həmçinin vurğulanır ki, uşağa yalnız Rusiyada yayılmış ənənəvi adlar siyahısından yeni ad verilə bilər.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Rusiyada pələng deputatı parçaladı
- Rusiya Kursk vilayətində beş yaşayış məntəqəsini nəzarətə götürdü