Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
475 milyon km yol gedən zond Marsın ilk xəritəsini təqdim etdi - FOTO
Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər “Tyanven-1” kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.
Fotolar Çin Milli Kosmik İdarəsi və Çin Elmlər Akademiyası tərəfindən Hefeydə keçirilən birgə mərasimdə təqdim edilib.
Qeyd edilir ki, panoramlar 2021-ci ilin noyabrından 2022-ci ilin iyuluna qədər zondun Marsda çəkdiyi 14 757 şəkildən yaradılıb. Qurğu 2021-ci ilin fevralında Marsın orbitinə çıxmazdan əvvəl təxminən 475 milyon kilometr məsafə qət edib və trayektoriya üzrə bir neçə manevr edib.
Bu, Çinin Qırmızı Planeti araşdırmaq üçün ilk proqramıdır və 2022-ci ildə başlayıb. Həmin vaxt Marsa orbit aparatı və “Çjujun” roveri ilə eniş platforması buraxılıb.
Elmi proqramın növbəti mərhələsi Marsda relyef formalarının tədqiqi olacaq.
Mənbə: China Daily