Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı və Tehran qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıaşıblar
Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan - İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.
Ağbənd-Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu", - o qeyd edib.
Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və Xarici İşlər Naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban… pic.twitter.com/ZhTSiTe0JJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 2, 2025
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri ilə müzakirələr aparıb
- Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşüb
- Hikmət Hacıyev İran prezidentinin müşaviri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- Hikmət Hacıyev: "Bələdiyyə seçkisi azad və demokratik şəraitdə keçirilir"