Taxtabiti ən gözlənilməz yerlərdə - çarpayının karkasında və rəsmlərin arxasında gizlənə bilər. Bu parazitlər getdikcə insektisidlərə qarşı daha davamlı olur, buna görə də onların evdə çoxalmasının qarşısını almaq üçün mümkün qədər tez aşkar edilməlidirlər.
Bu barədə Böyük Britaniyanın London Gigiyena və Tropik Tibb Məktəbinin mütəxəssisi Ceyms danışıb.
Ekspert əlavə edib ki, çox vaxt bu parazitləri əldən alınan mebellərlə evə gətirə bilərik.
Mələfələrdəki kiçik qan ləkələri evdə taxtabitinin olmasının ilk əlamətidir. Zamanla pas rəngi alan bu qanlı izlər həşəratların əzilməsi zamanı əmələ gəlir.
Bu barədə öz növbəsində mebel mütəxəssisi Nik Şeklok danışıb.
Taxtabiti divarlarda tünd ləkələr də qoya bilər, baxmayaraq ki, bu daha az baş verir. Mütəxəssisin sözlərinə görə, əksər hallarda bunlar parazitlərin ifrazatıdır və onların dəri ilə təmasından uzaq durmaq, həmin səthi dezinfeksiya etmək lazımdır.
Şeklok əlavə edib ki, həyat fəaliyyəti prosesində taxtabitilər dərilərini tökür və yumurta qoyurlar. Onların dərisi xırda, əzildikdə xırçıldayan qabığa bənzər hissəciklərdən ibarətdir.
“Onların yumurtalarını aşkar etmək daha çətindir. Onlar kiçik, açıq rəngli ləkələr toplusu kimi görünə bilər. Solğun sarı rəngli yumurtaların uzunluğu təxminən bir millimetr olur”, - deyə Şeklok bildirib.
O, həmçinin qeyd edib ki, taxtabitilər vizual olaraq görünməsə də, dişləmələri ilə özlərini bürüzə verə bilərlər.
“Taxtabiti dişləmələrinin fərqli xüsusiyyəti, onların çox vaxt düz bir xətt əmələ gətirmələridir”, - deyə ekspert söhbətini yekunlaşdırıb.
Mənbə: The Sun