Kanadanın Makgill Universitetinin alimləri müəyyən ediblər ki, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə insanların xoşbəxtlik səviyyəsi iqtisadi cəhətdən güclü ölkələrin sakinlərinə nisbətən daha yüksəkdir.
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Sorğuda 71 ölkənin sakinləri iştirak ediblər.
Psixoloji rifah geniş şəkildə insanın stress və çətinliklərin öhdəsindən gəlmək və cəmiyyətə məhsuldar töhfə vermək qabiliyyəti kimi müəyyən edilib.
Afrika və Latın Amerikası ölkələri ən yüksək bal toplayıblar. Birinci yeri Dominikan Respublikası, üçüncü yeri isə Tanzaniya tutub. Ən yüksək həyat məmnuniyyətinə malik ilk beş ölkəyə Şri-Lanka, Panama və Malayziya da daxildir. Daha az xoşbəxt olanlar arasında isə Tacikistan, Özbəkistan və Braziliya olub.
Elm adamları iqtisadi cəhətdən çiçəklənən ölkələrdə psixoloji rifahın aşağı səviyyədə olmasını müxtəlif amillərlə əlaqələndiriblər - smartfonlara aludəçilik, qeyri-sağlam qida istehlakının artması, ailənin və nikahın dəyərinin azalması və uzaqdan işləyənlər üçün iş yerlərinin sayının artması.
Mənbə: gazeta.ru