Türkiyənin İstanbul şəhərində cibgirlik hadisələrinin artmasından sonra hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları şok nəticə ilə üzləşiblər.
“HaberGlobal”ın məlumatına görə, müşahidə kameralarındakı qeydləri yoxlayan polis 10 yaşlı B.G.-nin 473 cinayət əməlinin üstünü açıblar.
Kadrlarda tibbi maska taxan B.G.-nin cibgirlik anları əks olunub.
İstintaq zamanı uşağın valideynləri ilə birlikdə hərəkət etdiyi məlum olub. Təhqiqatlar zamanı B.G-nin atasının 53, anasının isə 50 cinayət əməli aşkarlanıb.
Polis B.G-ni və ailəsini saxlayıb.