Həkim Sara Marin 35 yaşdan yuxarı qadınlara qida rasionlarına bir qidanı mütləq daxil etməyi məsləhət görüb.
Oxu.Az xəbər verir ki, "Deia" nəşri onun tövsiyələrini dərc edib.
Sara Marin bu yaşda olan qadınlar üçün əsas qida məhsulu kimi sardina balığının adını çəkib. Bu balığın tərkibində çoxlu miqdarda omeqa-3 yağ turşuları, zülal, minerallar, D və B12 vitaminləri var.
Mütəxəssis qeyd edib ki, sardina sümükləri ilə birlikdə yeyilərsə, orqanizm üçün vacib olan kalsium da qəbul edilir. Kalsium sümüklərin möhkəmlənməsinə, osteoporozun profilaktikasına, eləcə də əzələlərin, ürəyin və sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Həkim əlavə edib ki, sardina neyronların normal fəaliyyətini dəstəkləyir, xroniki iltihabın səviyyəsinin tənzimlənməsinə və triqliseridlərin normal səviyyədə saxlanmasına kömək edir.
O, həmçinin vurğulayıb ki, sardina balanslı və müxtəlif qidalanmanı əvəz etmir.