Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
400 il əvvəl ölən polşalı "vampir qız"ın üzü rekonstruksiya edilib
İsveçli arxeoloq və heykəltəraş Oskar Nilsson 17-ci əsrdə Polşada dəfn edilmiş və yerli sakinlərin "Zosya" adlandırdığı "vampir qız"ın üzünü rekonstruksiya edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Torundakı Nikolay Kopernik Universiteti məlumat yayıb.
"Oktyabrın 28-də, bazar ertəsi günü, Nilsson gənc qadının rekonstruksiya edilmiş üzünü təqdim etdi",- təhsil müəssisəsinin saytında qeyd olunub.
Heykəltəraş qızın üzünün rekonstruksiyasına aprel ayında başlayıb.
Məlumata görə, Nilsson kəllə sümüyünün 3D çap edilmiş nüsxəsinə müxtəlif uzunluqlu sancaqlar yapışdıraraq üzün anatomik nöqtələrində toxuma qalınlığını müəyyən edib. O, daha sonra bu sancaqların üzərinə xüsusi gildən hazırlanmış əzələlər əlavə edib.
Daha sonra, üzün cizgilərini və toxumasını daha real göstərmək üçün göz bəbəkləri, qırışlar, məsamələr və mümkün travmalar nəticəsində yaranan çapıqları nəzərə alaraq əlavə təbəqələr tətbiq edilib. İşin son mərhələsində heykəl silikona batırılıb və saç, kirpiklər və qaşlar əlavə olunub. Zosyanın üz heykəli yaxın həftələrdə Polşaya göndəriləcək.
Xatırladaq ki, Torundakı Nikolay Kopernik Universitetinin arxeoloqları 2022-ci ildə Polşanın şimal-qərbində yerləşən Bıdqoş yaxınlığındakı Pen kəndindəki qəbiristanlıqda 17-ci əsrə aid, 18-20 yaşlarında vəfat etmiş qızın skeletini aşkar ediblər. Onun boynuna oraq qoyulmuş, ayağının bir barmağına isə qıfıl bağlanmışdı. Alimlərin fikrincə, həmin dövrdə bu cür dəfn mərasimləri vampirlərdən qorunmaq üçün tətbiq olunurdu.
"Elmi araşdırma" teqi üzrə xəbərlər
- Dişi axtarışında minlərlə kilometr qət edən donqar balina rekord vurdu
- Alimlər itlərin nə vaxt insanın ən yaxşı dostuna çevrildiyini müəyyən ediblər
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Marsda qədim okeanın olduğu sübut olundu
- Niyə bəzi insanlar kabus görürlər? - Alimlərdən AÇIQLAMA
Rəylər