Moskvanın doğum evlərindən birində unikal hadisə baş verib – 62 yaşlı qadın uşaq dünyaya gətirib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, gənc olmayan ana Qalina EKO prosedurlarının yardımı ilə hamilə qalıb. Bu addıma o on il bundan öncə yeganə övladlarının ölümü ucbatından atıb. Bu, onunla ərinə qocalarkən uşaqsız qalmamaları üçün yeganə şans idi.
Həkimlərin fikrincə hamiləlik normal keçib. Qeyri-adi xəstə fevral ayının əvvəlində doğub. Hal-hazırda xoşbəxt ana qızı ilə evdədir. Xəstəxanadan çıxarkən qadın bura ikinci uşaq üçün dönəcəyini də vəd edib.
Yaşlı valideynlər qızları üçün qeyri-adi ad seçiblər - Kleopatra. Onlar etiraf ediblər ki, yaşlı vaxtında uşağın doğulması cavanlıqda qəbul edildiyindən fərqli qəbul edilir.
“O bizim üçün həm övlad, həm də nəvə əvəzidir”, - Qalina telefonla “Moskva 24” telekanalına bildirib.
